Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın türk dövlətləri üçün vahid əlifbanın yaradılması təklifi... - Bu mümkündürmü?

Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın tətbiqini təklif edib...

Dilçi alim: “Türk Dövlətləri Təşkilatının 10-cu zirvətoplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldırdığı məsələ son dərəcə aktualdır. Bu təklifin həm siyasi, həm də ideoloji əhəmiyyəti var”.

“Biz çox istərdik ki, türk xalqlarının vahid əlifba sistemi olsun. Bu son dərəcə vacib məsələdir”.

Bu sözləri dilçi alim Şahlar Göytürk Türkiyə Prezidentinin vahid əlifba yaradılması təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən 10-cu Zirvə Toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın tətbiqini təklif edib. Qeyd edək ki, bu təklif uzun illərdir ki, gündəmdədir və hələ ki, öz həllini tapa bilməyib.

Bəs ortaq türk əlifbasının tətbiqində hansı problemlər var və hazırkı Azərbaycan əlifbası bunun üçün nə qədər uyğundur.? Ümumiyyətlə, Azərbaycan əlifbasında müəyyən dəyişikliklər edərək türk dövlətləri üçün vahid əlifba yaratmaq mümkündür?

Türk dövlətləri üçün vahid əlifbanın yaradılması məsələsini Poliqon-un əməkdaşı dilçi alim Şahlar Göytürk ilə müzakirə edib.

Şahlar Göytürk: “Türkiyə Prezidentinin təklifini yüksək qiymətləndirirəm, amma hesab edirəm ki, birdən-birə latın əlifbasından Göytürk əlifbasına keçid  problemlərə gətirib çıxara bilər”.

Əgər vahid əlifba sisteminə keçid edəriksə, istinad mənbəyinin Azərbaycan əlifbasının ola biləcəyini düşünən alim Poliqon-a açıqlamasında bildirib ki, biz əlifbaya cüzi dəyişiklik etməklə bunu unifikasiya edə bilərik:

“Türk Dövlətləri Təşkilatının 10-cu zirvətoplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldırdığı məsələ son dərəcə aktualdır. Bu təklifin həm siyasi, həm də ideoloji əhəmiyyəti var. Siyasi, ideoloji əhəmiyyəti ondan ibarətdir ki, artıq elə bir dövrə çatmışıq türk xalqları öz kökünü, soyunu tanımaq istəyir. Buna görə də, cənab Ərdoğanın bu təklifi ideoloji baxımdan son dərəcə vacib məsələdir. Əlbəttə, biz bu təklifi qəbul etsək də etməsək də, bu təklif gerçəkləşsə də, gerçəkləşməsə də, bunun çox böyük ideoloji, mənəvi əhəmiyyəti vardır. Bu təklif bütün türk xalqları arasında müzakirə olunur və bunun əhəmiyyəti dərk olunur. Bu mənada bu təklif son dərəcə vacib məsələdir.

Türk əlifbasının çox qədim tarixi var. Bildiyimiz kimi, 10-cu əsrə qədər Göytürk əlifbasından istifadə olunub. Bəzi mənbələrdə bu əlifbanın müxtəlif adları var. Monqolustan ərazisində tapılan daşlar üzərində yazılar, eyni zamanda indiki Sibir ərazisində tapılan daşlar üzərindəki abidələrin yaşı ilə hesablasaq, biz Göytürk əlifbasının 6-8-ci əsrə aid olduğunu deyə bilərik.

Ümumi götürdükdə isə, min ildən çoxdur ki, bu əlifbadan istifadə olunmur. Yəni, 10-cu əsrdən etibarən islamın gəlişi ilə Göytürk əlifbası unuduldu və 1930-cu illərə qədər də türk xalqları əski əlifbadan istifadə etdi. 1940-ci il yanvarın 1-də kiril əlifbasına keçirildi. 1991-ci ilə qədər Azərbaycan və bəzi türk xalqları kiril əlifbasından istifadə etdi. Bu dövrlər ərzində türk dövlətləri, Göytürk əlifbasından, əski əlifbadan və kiril əlifbasından istifadə edib.

Şahlar Göytürk: “Biz Göytürk əlifbasına keçidə hazırlaşa bilərik”.

Amma təxminən min illik bir dövrdə Göytürk əlifbasından istifadə olunub. Bu kökə qayıdış baxımından son dərəcə önəmli bir məsələdir. Göytürk əlifbasının qədimliyi həm də Qazaxıstanda İssık adlanan ərazidə tapılan məzarla sübut olundu. Belə ki, qazaxıstanlı alimlər həmin kurqandakı qızıl əşyaların üzərində Göytürk əlifbası ilə yazıların olduğunu aşkar etdilər. Sübut olunur ki, Göytürk əlifbasının ən azı 3 min illik tarixi məlumdur. Başqa mülahizələr də var ki, indi istifadə etdiyimiz latın qrafikli türk, Azərbaycan əlifbaları qədim Göytürk əlifbasının müəyyən qədər dəyişdirilmiş formasıdır.

Biz çox istərdik ki, türk xalqlarının vahid əlifba sistemi olsun. Bu son dərəcə vacib məsələdir. Çünki biz bunu bəzi xalqlarda da görə bilirik. Lakin biz Göytürk əlifbasını indiki latın qrafikalı türk əlifbası ilə müqayisə etsək, Göytürk əlifbasının köhnəldiyini, müasir tələblərə cavab vermədiyini deyə bilərik. Məsələn, Göytürk əlifbasından 4 sait var. Saitlərin azlığı yazıda və oxu prosesində çətinliklər yaradır. Eyni zamanda əlifbaya keçid çox uzun məsələdir və bir çox boşluqlar yarada bilir. Mən Türkiyə Prezidentinin təklifini yüksək qiymətləndirirəm, amma hesab edirəm ki, birdən-birə latın əlifbasından Göytürk əlifbasına keçid problemlərə gətirib çıxara bilər.

Hesab edirəm ki, biz Göytürk əlifbasına keçidə hazırlaşa bilərik. Çünki bu əlifbanın çox maraqlı tərəfləri var. Göytürk əlifbası 38 hərf və 100-dən çox tamğalardan ibarətdir. Tamğalar da hərfləri simgələyən anlayışları ifadə edirdi. Məsələn bu gün D hərfi kimi tanıdığımız hərfi onlar quruluşuna görə yaya bənzədirdilər, buna görə də D hərfi Y hərfi kimi simgələnirdi. Əlbəttə, biz Göytürk əlifbasına keçməklə öz tariximizi, dəyərlərimizi daha yaxşı mənimsəyə bilərik. Təklif olunan bilər ki, gələcəkdə biz Göytürk əlifbası əsasında vahid əlifbamızı qura bilərik. Alimlərimiz saitlərin sayını artıra və əlifbaya yeni hərflər gətirə bilərlər.

Şahlar Göytürk: “Türkiyə prezidentinin təklifi bu gün üçün yox, gələcək üçün çox gərəkli təklif ola bilər”.

Türk xalqları içərisində ən mükəmməl əlifba latın qrafikalı Azərbaycan əlifbasıdır. Çünki əlifbamızda ə, x hərfləri var ki, bütün türk xalqları bunu işlədirlər. Lakin əgər vahid əlifba sisteminə keçid edəriksə, hesab edirəm ki, istinad mənbəyi Azərbaycan əlifbası ola bilər. Biz əlifbaya cüzi dəyişiklik etməklə bunu unifikasiya edə bilərik. Bu daha uyğun olardı. Çünki qloballaşan dünya da latın qrafikli əlifba ilə qurulub. Bu prosesdə biz vahid əlifba sistemini yenilənməliyik. Özbəklər, qazaxlar, qırğızlar, başqa Orta Asiya xalqları da bu əlifbaya üstünlük versələr daha məqsədəuyğun olar.

Onu da qeyd edim ki, bəzi ali məktəblərdə filologiya fakültəsində Göytürk əlibası tədris olunur. Biz tədris prosesində bunu genişləndirə bilərik ki, gənc nəsil Göytürk əlifbasını mənimsəsin. Gənc nəsil əlifbanı mənimsəyəndən sonra şübhəsiz ki, belə bir addım atmaq mümkündür. Bu da şəraitdən asılı olaraq. Hələlik mənim fikrim bundan ibarətdir ki, Türkiyə Prezidentinin təklifi bu gün üçün yox, gələcək üçün çox gərəkli təklif ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar