Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana təyin olunan səfiri ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.

Bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, görüş tanışlıq və gələcək əməkdaşlığı müzakirə etmək, ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.

Nazir Teymur Musayev yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

AzərbaycanSəudiyyə Ərəbistanı Krallığının ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir, digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndiyini bildirib. Teymur Musayev ikitərəfli əlaqələrin möhkəmlənməsində yüksəksəviyyəli səfərlərin məxsusi rolunu vurğulayıb. Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən Teymur Musayev, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, səfir İssam bin Saleh əl-Cuteyli ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, bu münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Səfir qeyd edib ki, dost ölkələr arasında səhiyyə sahəsində qarşılıqlı münasibətlərin səmərəliliyini artırmaq üçün bütün zəruri imkanlar mövcuddur.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin, dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Poliqon.info 


Etiket: Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar