Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yer kürəsi təhlükədə - Böyük son Himalay dağlarından başlayır

BMT baş katibi Antonio Quterreş dünyanın ən hündür zirvəsi Everest yaxınlığındakı Solukumbu bölgəsinə baş çəkdikdən sonra Nepalın qarlı dağlarının son 30 ildəki qlobal istiləşmə nəticəsində buzlarının təxminən üçdə birini itirdiyini açıqlayıb...

Poliqon teleqraf.com-a istinadən bildirir ki, klimatoloqlar son 100 ildə Yerdə temperaturun orta hesabla 0.74 dərəcə Selsi artdığını, Himalay dağlarında isə istiləşmənin qlobal orta göstəricidən yüksək olduğunu deyirlər.

BMT rəhbəri bildirib ki, iki ən böyük atmosfer çirkləndiricisi - Hindistan və Çin arasında yerləşən Nepaldakı buzlaqlar son on ildə əvvəlki ilə müqayisədə 65 faiz daha sürətli əriyib.

"Mən bu gün dünyanın damından qışqırmaq üçün buradayam: bu dəliliyi dayandırın", - Quterreş deyib.

BMT baş katibi qalıq yanacaqdan istifadəyə sona qoymağa çağıraraq, buzlaqların əriməsinin gölləri və çayları genişləndirəcəyini, insanları təhlükə altında qoyacağını və dəniz səviyyəsini rekord sürətlə yüksəldəcəyi xəbərdarlığını edib.

Himalay dağlarında buzlaqlar əsrin sonuna qədər qlobal istiləşmə səbəbindən öz həcminin 75 faizə qədərini itirə bilər. Elm adamları bu ilin iyun ayında dərc olunmuş hesabatda bildirirlər ki, bu, təhlükəli daşqınlara və dağlıq ərazilərdə yaşayan 240 milyon insan üçün su çatışmazlığına səbəb ola bilər.

"Rekord temperatur buzlaqların rekord dərəcədə əriməsi deməkdir. Nepal cəmi 30 ildə buzlaqlarının üçdə birini itirib", - Quterreş Nepala dördgünlük səfərindən sonra deyib.

O, həmçinin ölkələri ən pis iqlim xaosunun qarşısını almaq üçün qlobal temperatur artımını 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmağa çağırıb.

İqlim dəyişikliyi insan sağlamlığı üçün ən ciddi təhlükələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hər dörd ölümdən biri qarşısı alına bilən ekoloji səbəblərlə əlaqələndirilə bilər, iqlim dəyişikliyi bu riskləri daha da artırır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar