Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda dönərdən zəhərlənən şagirdlərin son durumu açıqlanıb - Yenilənib

Bakının Binə qəsəbəsində dönərdən zəhərlənməsi ehtimal edilən dörd məktəbin şagirdlərinin son durumu açıqlanıb...

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.

"Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. 24 saat müşahidə altında olandan sonra evə buraxılmaları nəzərdə tutulub" - məlumatda bildirilib.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

***

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabildir".

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.

Həmin məktəblərin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal təcili-tibbi yardıma müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər xəstəxanaya yerləşdirilib.

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar