Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qebreyesus Azərbaycana təşəkkür edib

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib...

Səhiyyə Nazirliyindən Poliqon-a verilən xəbərə görə, görüş zamanı Teymur Musayev bildirib ki, Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır.

Həmçinin, nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşıladığını qeyd edib: “Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərər çəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.

Tedros Adhanom Qebreyesus xüsusən, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini, pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarsalandığını və dəstəklədiyini vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Ən çox oxunanalar