Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Milli Müdafiə Nazirliyi: Sabah Azərbaycanda təlimə başlanılacaq

Milli Müdafiə Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təliminin sabah başlayacağını açıqlayıb...

Bununla bağlı nazirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir. “Təlimdə xidmət göstərəcək F-16 təyyarələrimiz Azərbaycana gəlib”, - nazirliyin sosial media hesabındakı açıqlamada bildirilir.

Azərbaycanın Müdafiə Nazirliyi isə ötən gün iki ölkənin Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlərin keçirildiyini bildirib.

Qeyd edilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Oktyabrın 23-25-də keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar