Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatın Kəşfiyyat Komitəsi: Qəzza zolağında yaraqlılar xəstəxanaya hücum ediblər

ABŞ Senatının Kəşfiyyat Komitəsi Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumla bağlı kəşfiyyat məlumatları araşdırıb və bunun İsrail ordusu tərəfindən deyil, silahlılar tərəfindən həyata keçirildiyini müəyyən edib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, bu barədə komitə sədrinin müavini Marko Rubionun saytında dərc edilmiş bəyanatda deyilir.

Senatorun sözlərinə görə, partlayış İsrailin hava hücumu nəticəsində deyil, terrorçu silahlıların uğursuz raket buraxılışının nəticəsi olub.

Qeyd edək ki, oktyabrın 17-də Qəzza zolağında baptist xəstəxanası raketlə vurulub. Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, qurbanların əksəriyyəti qadınlar və uşaqlardır, ümumilikdə 800-dən çox insan olub.

Fələstin rəsmiləri hava hücumunda İsraili günahlandırıb. İsrail tərəfi insidentdə Fələstin “İslami Cihad” təşkilatını günahlandırıb.

BMT-nin Baş katibi Antonio Quterres zərbəni beynəlxalq hüquqa zidd olaraq pisləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar