Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdirindən şikayət - Ruslan Əliyev bizi gözümçıxdıya salıb

“İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyev qanunsuz əməllərlə məşğuldu”...

Jamaz.info-ya istinadla xəbər verir ki, bu sözlər Nemət Yusifov tərəfindən redaksiyanın elektron poçtuna göndərilmiş şikayət məktubundandır.

Şikayətçi iddia edib ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur. “Kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq, onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginlikli elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur”.

Şikayətçi yazır ki, Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara “əzələ” nümayiş etdirir.

Nemət Yusifov yazır ki, Ruslan Əliyev əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. “O, Eldar Mahmudovun yaxın silahdaşlarından biri olub”.

Şikayətçi bildirir ki, Ruslan Əliyev Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. “Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyektləri mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır”.

Məsələ ilə əlaqədar Ruslan Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Lakin onun da mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Ən çox oxunanalar