Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa bu həftə Nigerdən qoşunlarını çıxarmağa başlayacaq

Nigerdə ​​yerləşdirilən fransız qoşunları bir həftə ərzində ölkəni tərk edəcək...

Poliqon xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Fransız qoşunlarının çıxarılmasını hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Nigerin yeni hökuməti tələb edirdi. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir:

"Bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya ilə həyata keçiriləcək".

Fransa sentyabrın 24-də qoşunlarını Nigerdən çıxardığını və səfir Silvain İttenin geri çağırıldığını elan edib. Bundan əvvəl Nigerdəki üsyanın təşkilatçıları Nigerin hərbi təyinatlı xarici işlər naziri ilə görüşməkdən imtina etdiyi üçün Silvain İttedən ölkəni tərk etməyi tələb etmişdilər.

Nigerdə ​​1,5 minə yaxın fransız əsgəri yerləşdirilmişdi. İyulun 26-da ölkədə bir qrup hərbçi hakimiyyətə gəlib. İğtişaş nəticəsində onlar prezident Məhəmməd Bazumu deviriv. Hakimiyyətə gəldikdən sonra üsyançılar radikal islamçılarla mübarizə aparmaq üçün ölkədə yerləşdirilən hərbi personalın olması ilə bağlı Fransa ilə razılaşmanı denonsasiya etmək qərarına gəliblər.

Poliqon.info


Etiket: Fransa Niger Qoşun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar