Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dodon: Maya Sandu konstitusiyanı dəyioşməyə və neytrallıqdan əl çəkməyə hazırlaşır

İl yarım ərzində Moldova konstitusiya dəyişə və Kişinyov neytral statusundanimtina edə bilər...

Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, onun dövlət başçısı kimi davamçısı Maya Sandu bir il yarım ərzində NATO-ya üzv olmaq üçün respublikanın neytral statusundan imtina etməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb .

“Güman ki, prezident Maya Sandu və Fəaliyyət və Həmrəylik Partiyası hər şeyi edəcək ki, yaxın gələcəkdə, il yarım ərzində Moldova konstitusiyanı dəyişsin və Kişinyov neytral statusundan əl çəksin”, deyə keçmiş prezident bildirib.

Dodonun sözlərinə görə, Maya Sanduya “xaricdən nəzarət edənlər” qarşısında Kişinyovun Şimali Atlantika Alyansının bir hissəsi olmasını təmin etmək tapşırığı var. Dodon hazırkı hökuməti bu cür hərəkətlərdən əl çəkməyə çağırıb.

Qeyd edək ki, 2020-ci ildə Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti seçilib. Onlar bir il sonra növbədənkənar seçkilərdə parlament çoxluğunu qazanaraq, Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirə bilib.

2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb. Ukrayna münaqişəsi zamanı Kişinyov Rusiya təhlükəsi haqqında tez-tez danışmağa və MDB ilə əlaqələri azaltmağa başlayıb. 2023-cü ilin mayında Maya Sandu Rusiyanı Moldova hakimiyyətini devirmək cəhdində ittiham edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar