Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk Dövlətləri Təşkilatı Qarabağdakı terror aktlarını pisləyib

Türk Dövlətləri Təşkilatı (TDT) Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir...

“Report” xəbər verir ki, bu barədə TDT-nin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu, minaların yerləşdirilməsi, təbii sərvətlərin istifadəsi, silah-sursat və hərbi texnikanın qaçaqmalçılığı, eləcə də şəxsi heyətin qeyri-qanuni rotasiyasının həyata keçirilməsi normallaşma prosesinə ciddi zərbə vurur.

Təşkilat həyata keçirilən antiterror tədbirlərinin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşuna reinteqrasiyasını təmin edəcəyinə qəti əminliyini ifadə edir.

Eyni zamanda, terrorla mübarizə tədbirlərinə təkan verən təxribat nəticəsində şəhid olan hərbçilərin ailələrinə, qardaş Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verilib.

Poliqon.info


Etiket: TDT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar