Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Telegram"dan "Whatsapp"a mesaj yazmaq mümkün olacaq

"Whatsapp" digər mesajlaşma tətbiqlərinin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, bu funksiya Avropa İttifaqının rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) çərçivəsində yaxın 6 ay ərzində mesajlaşma tətbiqinin "Android" və "iOS" versiyalarında istifadəyə veriləcək.

Sözügedən qanun layihəsinə əsasən, müxtəlif platformaların istifadəçiləri digər servislərdə qeydiyyatdan keçmədən bir-biri ilə ünsiyyət qurmaq imkanına sahib olmalıdırlar.

Məsələn, əgər siz yalnız "Telegram"dan və ya digər mesajlaşma tətbiqindən istifadə edirsinizsə, rahatlıqla digər şəxsin "Whatsapp"dakı hesabına mesaj göndərə biləcəksiniz. Sizin "Whatsapp"ı yükləyərək, qeydiyyatdan keçməyinizə ehtiyac qalmayacaq.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Poliqon.info 


Etiket: Whatsapp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar