Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Babaoğlu: “Ağdam marşrutunun açılması artıq həll olunub, qondarma rejim də özünü buraxmalıdır”

“Azərbaycan ermənilərin ölkəmizə qarşı “humanitar müharibəsi”ni də iflasa uğratdı. Nəticədə ermənilərin humanitar fəlakətlə üzləşdikləri ilə bağlı dünyanı aldatmaq cəhdləri də baş tutmadı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Azərbaycanın istədiyi Xankəndi-Ağdam yolunun açılması ilə bağlı razılıq əldə edilib:

Ağdam marşrutunun açılması artıq həll olunub. Sabah Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək. Beləliklə, artıq bu marşrutla malların və yüklərin daşınması üçün yeni reallıq yarandı. Üstəlik, bir daha hamıya aydın oldu ki, Azərbaycan ərazisinə istənilən təyinatlı yük və yaxud yardım yalnız və yalnız Azərbaycanın icazəsi və onun təklif etdiyi marşrutla mümkündür. Yəni Azərbaycan icazə versə, eyni vaxtda Laçın yolu ilə də müxtəlif təyinatlı yük və mallar daşına bilər ki, bu da Azərbaycan qanunlarının icazə verdiyi formada mümkün ola bilər. Şübhəsiz ki, bu, nəzarət buraxılış və gömrük nəzarətindən keçməklə mümkündür”.

Deputat qeyd edib ki, ermənilərin və onları dəstəkləyən bir çox dövlətlərin Xankəndi-Ağdam yolunun açılmasına qarşı olan mövqeləri sıradan çıxarıldı:

 “Bu, ermənilər və onların hamiləri üçün bir siyasi-psixoloji əzilmə nöqtəsi idi. Ancaq bu heç də o demək deyil ki, Ermənistan tərəfindən maliyyələşdirilən və hələ də fəaliyyət göstərən qondarma rejimin dərhal özünü buraxması ilə bağlı Azərbaycanın tələbləri qüvvədən düşdü. Əsla belə deyil. Ən qısa zamanda Qarabağ iqtisadi rayonunda olan qondarma rejim özünü buraxmalı, qeyri-qanuni erməni silahlı birləşmələri ölkəmizi tərk etməli, Azərbaycanın suveren hüquqları və qanunları Qarabağda tətbiq edilməlidir. Elə növbəti addım da bu olacaq”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Ən çox oxunanalar