Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demoqrafik fəlakətə sürüklənirik... - Sosioloq həyəcan təbili çalır...

Statistikaya görə Azərbaycan doğumun azalmasına görə 50 ölkə arasında ilk beşlikdədir...

Sosioloq: “Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb”.

“Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur”.

Bu sözləri sosioloq Elçin Bayramlı Azərbaycanda doğumun azalmasının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

2023-cü ilin ilk yeddi ayının statistikasına görə, Azərbaycan 2022-ci ilin eyni dövrü ilə müqayisədə doğumun azalmasına görə 50 ölkə arasında ilk beşlikdədir. Azərbaycanda doğumun azalmasının əsas səbəblərini nədir? Ümumiyyətlə, doğumun azalmasında əsas hansı faktorlar rol oynayır?

Mövzunu Poliqon-un əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur”.

Aztəminatlı ailələrə guya ünvanlı sosial yardımın ödənildiyini xatırladan sosioloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna baxmayaraq, yoxsulluq içində yaşayan çoxlu uşaqlar var:

“Əhalinin qocalması dövrümüzün aktual problemlərindən biridir. Doğum nisbəti getdikcə azalır. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. “Bir uşaq üçün layiqli həyat təmin etmək daha asandır” deyə bir çox gənc belə düşünür və təəssüf ki, burada o qədər də haqsız deyillər. Hazırda, 3 və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr 1 və ya 2 uşaqdan ibarət olur.

Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb. İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir- gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə qalır inkişaf etməmiş ölkələrdə qalır. BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Azərbaycanda da bu proses gedir: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2%-dən 7,1%-ə yüksəlib.

Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçıların sayının artması, əmək haqqının azalması, sosial xərclərin artmasıdır. Bu səbəbdən əksər ölkələr öz əhalisini, uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.

Elçin Bayramlı: “İlkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 3 min manat verilə bilər”.

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 3 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olardı.

Arqument kimi qeyd olunur ki, aztəminatlı ailələrə guya ünvanlı sosial yardım ödənilir. Amma buna baxmayaraq, yoxsulluq içində yaşayan uşaqlar var. Uşaq müavinəti daha məqsədyönlü və şəffaf olardı.

Onu da etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya- hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar