Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun bu gün zərərsizləşdirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın istehsalçısı məlum olub - Yenilənib

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub...

“Report” xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb.

İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir.

Əlbəttə ki, ermənilərin bu addımı ancaq gülüş doğurur. Belə ki, dünya hərb sənayesinin ən qabaqcıl vasitələrilə təchiz olunan Azərbaycan Ordusuna qarşı qeyri-peşəkar “silahlar” tətbiq etmək ən azından uğursuzluğun təminatı sayılmalıdır.

Burada ABŞ şirkətinin də məsuliyyətini dərk etməsi gərəkdir. Belə ki, hər bir istehsalçı öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyini izləməli, buna görə məsuliyyət daşımalıdır.

***

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.(report)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay