Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və bölgəyə müharibə gətirir...

Fransa Ermənistana daha bir neçə yük maşını ilə humanitar yardım göndərəcək...

Politoloq: “Fransa məqsədli şəkildə vəziyyətin gərginləşməsinə gedir. Əsas məsələ ondadır ki, bu gərginlik Fransaya lazımdır”.

Azərbaycan bu dövrdən sonra kimlərəsə onun ərazisi üzərində oyun oynamağa imkan verməyəcək. Azərbaycan özü oyun quran ölkədir”.

Bu sözləri politoloq Azər Qasımov Fransanın Ermənistana daha bir neçə yük maşını ilə humanitar yardım göndərməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Fransa Ermənistana daha bir neçə yük maşını ilə humanitar yardım göndərəcək. Həmin yükləri gətirən avtomobillər də əvvəlki qaydada Laçın sərhəd-buraxılış məntəqəsindəki TIR-ların yanında gözləmə mövqeyi tutacaqlar. Fransanın müxtəlif şəhərlərindən göndərilən “humanitar yüklər” avqustun 30-da Qarabağa yola salınacaq. Belə çıxır ki, Azərbaycanla razılaşdırılmadan ərazimizə yük karvanı göndərən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və düşmən ölkəni də “humanitar fəlakət” şousuna cəlb edən onlardır.

Fransa bu pozucu və təxribat xarakterli addımları sonucda Cənubi Qafqaza necə təsir edə bilər və bu yolla Fransa bölgədə hər hansı mövqe qazana bilərmi?

Fransanın Cənubi Qafqazla bağlı məqsədini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransa öz geosiyasi maraqları naminə Ermənistanı istifadə edir”.

Fransanın “humanitar yük” oyununun erməni soyqırımı iddialarının davamı olduğunu düşünən politoloq əlavə edib ki, “Humanitar fəlakət” oyununun sonu “soyqırım” oyununa çevriləcək:

“Fransa məqsədli şəkildə vəziyyətin gərginləşməsinə gedir. Əsas məsələ ondadır ki, bu gərginlik Fransaya lazımdır. Ermənistan öz seçimini edib. Azərbaycanın ərazi bütövlüyünü Paşinyanın dilindən bildirib və reallıqlarla barışıb. Fransa öz geosiyasi maraqları naminə Ermənistanı istifadə edir. Ermənistanın isə buna etiraz etmək səlahiyyəti yoxdur. Erməni toplumu tarixən beynəlxalq güclərin əlində maşa olub, indi də belədir. Ermənistan da yaxşı başa düşür ki, həmin güclərin dəstəyi olmasa, bu regionda erməni toplumunun mövcudluğu mümkün deyil.

Fransa “humanitar yük” oyunu erməni soyqırımı iddialarının davamıdır. “Humanitar fəlakət” oyununun sonu “soyqırım” oyununa çevriləcək. Bunların bu barədə təcrübələri çoxdur.

Təbii ki, bunlar oyun olaraq qalacaq. Artıq oyun oynamaq dövrü sona çatıb. Proseslərin son dövrüdür. Bu da onların son çabalarıdır. Azərbaycan bu dövrdən sonra kimlərəsə onun ərazisi üzərində oyun oynamağa imkan verməyəcək. Azərbaycan özü oyun quran ölkədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar