Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şəhid ailələri haqda baş alıb gedən fikirləri başa düşə bilmirəm” – Raquf Orucovun xanımı

Şəhid polkovnikin xanımı “İştirak evi” adlanan “no war”çı platformanın İkinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı səsləndirdiyi fikirlərə toxunub...

“Son vaxtlar sosial şəbəkələrdə şəhid ailələri və şəhidlərlə bağlı baş alıb gedən bəzi fikirləri başa düşə bilmirəm. Anlaya bilmirəm ki, onlar nədən söhbət etmək, nəyə toxunmaq istəyirlər?”

Bu sözləri Yenisabah.az-a açıqlamasında şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova söyləyib.

O, “İştirak evi” adlanan “no war”çı platformanın İkinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Qeyd edək ki, həmin pasifist, LGBT-çi qurum Azərbaycanın haqq işini canilik kimi qiymətləndirərək müharibə iştirakçılarını və şəhid ailələrini təhqir edib onları “lom” adlandırıb.

Öz növbəsində, S. Orucova bildirib ki, “İştirak evi” üzvləri bunu qoy, öz həqiqətləri kimi qəbul etsin:

“Lakin mən 30 ildir ki, içimizi yandıran bu ağrı-acıdan söz açmaq istəyirəm. 30 il qabaq bizi əzizlərimiz amansızcasına dədə-baba yurdlarından qovuldu, qadınlarımız-uşaqlarımız vəhşicəsinə qətlə yetirildi. Hələ biz bu gün də Birinci Qarabağ müharibəsi şəhidlərini dəfn edirik. Bizim qardaş-bacılarımız uzun illər çadırlarda yaşadı”.

“Şəxsən mənim ailəm, şəhid Raquf Orucovun anası Raya Orucova erməni vəhşiləri tərəfindən öz doğma torpağında qətlə yetirildi. Axı erməninin Cinlidə, Ağdamda nə işi var idi?! Raqufgil 5 uşaq olublar evdə və torpaqlarından didərgin düşəndən sonra şəraitsiz yerdə yaşayıblar. O zamanlar bu həqiqətləri görən yox idi?! İndi formalaşmış, üzə çıxan təşkilatlar bu haqda niyə yalan danışır?! Ölkənin gələcəyini, güclənməsini görmək istəməyən bəzi qüvvələr üçün artıq həqiqətlər başqadır. Onlar həm 30 ildən sonra Azərbaycan əsgərinin apardığı müharibədə çaldığı qələbəyə kölgə salmaq, həm də illərdir millətimizin ermənilərdən çəkdiyi müsibətləri pərdələmək istəyirlər”.

Müsahibimiz vurğulayıb ki, biz öz torpağımızda öz haqqımızı tələb edirik:

Azərbaycanda daim çoxmillətli xalqlar olub, etnoslar yaşayıb və onların hamısına dövlət olaraq sayğımız olub. Bu gün də bu qayda belədir. Əgər ermənilər bu gün burada yaşamaq istəyirlərsə, bizim qanunlarımıza tabe olmalıdırlar. Biz Xankəndiyə, Ağdərə, Xocalı, Xocavənd və Əsgərana da getməliyik. Naxçıvanın blokadasına göz yumanlar bu gün Qarabağdakı ermənilərə qahmar çıxaraq guya onlara qarşı soyqırımı törətdiyimizi söyləyirlər”.

“Mən bir şəhid ailəsi kimi söyləyirəm ki, müharibə istəmirəm. Lakin mən şəhidlərimizin qanı bahasına qazanılan qələbəni qorumaq, həqiqətlərimiz və ədalətimizin bərpası uğrunda hər cür savaşa hazıram. Biz həm cəbhədə, eyni zamanda media, sosial şəbəkədə hər cür debata hazırıq. Biz dövlətimizi, torpaqlarımızı, hüquqlarımızı, vətənimizi qoruyuruq. Mənim üçün ən ali dəyər budur. Əgər kimsə bunu başqa cür anlayırsa, onlar üçün başqa dəyərlər mövcuddursa, bizim aramızda elələrinə yer yoxdur”, – o, fikirlərini tamamlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar