Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin iqtisadiyyatı gizli daxili borc səbəbindən iflas edə bilər...

Çinin regional hakimiyyət orqanlarının ümumi statistikada əks olunmayan və bununla da ekspert qiymətləndirmələrindən gizlədilmiş borcları maliyyə sistemi üçün risklər yaradır və ölkə iqtisadiyyatında böhrana səbəb olan faktora çevrilir...

Poliqon xəbər verir ki, bu barədə Çinin Caixin nəşri yazır. Nəşr qeyd edir ki, problem Çinin daşınmaz əmlak sənayesindəki ciddi tənəzzüllə daha da dərinləşir, yerli hökumətlər yol və körpülərin tikintisi kimi xidmət üçün borc götürürlər.

İsveçrənin UBS bankı hesab edir ki, yerli hökumət tərəfindən maliyyələşdirilən yerli idarəetmə vasitələrinin (LGFVs) 80 faizindən çoxu artıq öz borcları üzrə faiz ödənişlərini ödəyə bilmir. Söhbət isə balansda nəzərə alınmayan trilyonlarla dolların borclanmasından gedir.

Çin Maliyyə Nazirliyinin məlumatına görə, aprelin sonunda ölkə üzrə ödənilməmiş borc 37 trilyon yuan (5,1 trilyon dollar) təşkil edib. Lakin bu, gizli borca aid olmayan məlumatdır. Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri hesab edirlər ki, gizli rəsmi borcun üzərinə 30-70 trilyon yuan əlavə edə bilər. Yəni əslində Çinin regionlararsı daxili borcu minimum halda ikiqat çoxdur.

Nəşr bildirir ki, son vaxtlar yerli hakimiyyət orqanları dövlət qulluqçularının maaşlarını ödəmək üçün tez-tez kommersiya kreditləri götürməli olurlar və maaşlarda gecikmələr də qeydə alınır. İri banklar məlumatları göstərir ki, regional hakimiyyət orqanları borc üzrə ödənişləri ödəməkdə getdikcə daha çox problem yaşayırlar və pandemiyanın başlanğıcından bəri vəziyyət daha da pisləşib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay