ABŞ-ın 45-ci prezidenti Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin debatında iştirak etməyəcək...
Poliqon xəbər verir ki, o, bunu “əfsanəvi” liderliyi ilə izah edib. Sabiq prezident bildirib ki, CBS telekanalının son sorğusu onun Respublikaçılar arasında liderliyini “əfsanəvi” göstəricilərə, 62% dəstəyə yüksəldiyini göstərib.
"Cəmiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir. Mənin yürütdüyüm siyasət enerji müstəqilliyi, güclü sərhədlər və güclü ordu, ən böyük vergi endirimləri, inflyasiya olmaması, tarixin ən güclü iqtisadiyyatı və daha çox şeylərə dayanır”, deyə Tramp Truth Socia sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Tramp çoxsaylı sorğularda Respublikaçı rəqiblərini xeyli qabaqlayır. CBS telekanalının son sorğusunda isə Florida qubernatoru Ron DeSantis 16% səslə ikinci yerdədir.
Respublikaçılar arasında ilk debat Fox News telekanalında baş tutacaq. The New York Times xəbər verir ki, Tramp əvəzində daha əvvəl Fox News-dan ayrılmış jurnalist Taker Karlsondan müsahibəçi olaraq çıxış edəcək.
Poliqon.info