Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda atıcılıq üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib...

Tədbir Bakı Kristal Zalında təşkil olunub.

İlk olaraq bayraqların paradı gerçəkləşib.

Ardınca Azərbaycan mədəniyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkə bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Bakıya xoş gəlmisiniz. Ölkəmizdə Heydər Əliyev ilidir. Yarışın bu vaxtda təşkili heç də təsadüfi deyil. Ulu Öndər daim idmançıların yanında olub. Azərbaycanda idman dövlət siyasətidir. Bu yarışın təşkilatçılığını Bakıya həvalə etdikləri üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (İSSF) təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram".

Bundan sonra Azərbaycan idmançıları Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının bayrağını səhnəyə gətiriblər.

İSSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qurum rəhbəri idmançılara uğurlar arzulayıb və gözəl yarış olacağına ümid etdiyini söyləyib.
İdmançı, məşqçi və hakimlərin andiçməsindən sonra rəsmi hissə başa çatıb, bədii hissə başlayıb.

Qeyd edək ki, yarış sentyabrın 1-dək davam edəcək. Turnirə 101 ölkədən 1239 idmançı qatılıb. Azərbaycan dünya çempionatında 31 atıcı ilə təmsil olunacaq.(report)

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Slovakiya XİN: Fitso vəzifəsinin başına bir neçə aydan sonra qayıda biləcək

Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı baş tutub

Yayda dəriyə qulluq necə olmalıdır? – Dermatoloq məsləhəti

Ən çox oxunanalar