Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ üzrə razılaşma imkanı realdır” – ABŞ Dövlət Departamenti

Birləşmiş Ştatlar bazar ertəsi bildirib ki, ötən həftə hər iki paytaxtda keçirilən danışıqlardan sonra Bakı və İrəvanla sülh razılaşması əldə etmək üçün işləməyə davam edəcək...

“Xüsusi nümayəndə Luis Bono keçən həftə regiona səfər edib və liderlərlə danışıqlar aparıb. Biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma imkanı realdır və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə “TURAN”ın Rusiyanın sülh prosesini pozmaq səyləri ilə bağlı sualına cavabında bildirib.

Məlumata görə, ötən həftə Moskva Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını “süni” sürətləndirmək cəhdləri ilə bağlı xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Denis Qonçardan sitat gətirilib:

“Tələsik hazırlanmış çiy sülh müqaviləsi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq”.

“TURAN”ın Qərbin Rusiyanı sülh səylərini pozmaz cəhdlərini dayandırmağa çağırmasının vaxtı çatıbmı sualına Miller belə cavab verib: “Söhbət ErmənistanAzərbaycandan gedirsə, Rusiya barədə danışmaq istəmirəm. Mən bilavasitə əlaqəli olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm”.

“TURAN” həmçinin Millerdən dövlət katibi Blinkenin türkiyəli həmkarına şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşub, həmin zəngdə ABŞ diplomatı “ErmənistanAzərbaycan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb.

“Mən bu barədə ətraflı danışmaq istəmirəm – bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”, – Miller deyib.(aztoday)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Ən çox oxunanalar