Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə XİN: PKK fəaliyyət göstərdiyi hər bir ölkənin təhlükəsizliyinə təhdiddir

Türkiyə PKK terror təşkilatına bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olaraq təşkilatın simvolları ilə terror təbliğatı aparmaq cəhdini qəbuledilməz hesab edir...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Avropada PKK-ya bağlı qruplaşmalar müxtəlif beynəlxalq təşkilatların binalarına daxil olaraq zorakılıq tətbiq etməyə və terror təbliğatı aparmağa cəsarət edir.

PKK-nın Avropa ölkələrində ifadə və sərbəst toplaşma azadlığı adı altında öz fəaliyyətini, o cümlədən təbliğatını sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir. Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhlükə yaradır. Bu kontekstdə PKK terror təşkilatının Avropada təbliğat, maliyyələşdirmə və yeni üzvlərin cəlb etmə fəaliyyətlərinə son qoymağa çağırışımızı bir daha təkrar edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar