Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 10 ildə Afrikada silahlı təşkilatların sayı sürətlə artıb

Son 10 ildə Afrika qitəsində fəaliyyət göstərən silahlı təşkilatların sayı artıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Afrika Strateji Araşdırmalar Mərkəzinin dərc etdiyi hesabatda qeyd edilir.

“Afrikalı hərbi-islamçı qrupa bağlı ölümlər bütün zamanlarda” başlıqlı hesabatda son 10 ildə Afrikada silahlı təşkilatların sayının artdığı bildirilib. Qeyd edilib ki, 2014-cü ildə Saharaaltı Afrikada - Nigeriya, Mali və Somali kimi ölkələrdə mövcud olan silahlı təşkilatlar 2023-cü ildə Mozambik, Keniya, Kamerun, Burkina Faso, Mavritaniya və Benin kimi ölkələrə yayılıb.

Hesabatda silahlı təşkilatların qurbanı olan ölənlərin 80 faizinin Sahel bölgəsi və Somalidə olub. Sahel bölgəsindəki hücumların isə 87 faizi Burkina Faso və Malidə qeydə alınıb.

Qitənin müxtəlif yerlərində silahlı qrupların törətdiyi qətllərin tarixdə ən yüksək səviyyədə olduğuna diqqət çəkən hesabatda hərbi çevrilişlərin şiddətlə artdığı qeyd edilib.

Hesabatda, ötən il Somalidə "Əl-Şəbab" terror təşkilatının səbəb olduğu ölümlərin 157 faiz artdığı, Çad Gölü hövzəsində isə əsas ölüm səbəblərinin "Boko Haram" və Qərbi Afrika İslam Dövləti (ISWA) olduğu açıqlanıb.

Şimali Afrika ölkələrində silahlı təşkilatların sayının azaldığı vurğulanan hesabatda 2017-ci ildən bəri "Ənsar'us Sünnə" təşkilatının Mozambikdə həyata keçirdiyi hücumlarda yüzlərlə insanın həyatını itirdiyi qeyd edilib.

Afrika ölkələrində bərbad idarəçilik və siyasi qeyri-sabitlik, etnik münaqişələr, hərbi çevrilişlər və qitədən kənar ölkələrin hakimiyyət mübarizəsi silahlı təşkilatların təsir dairəsini genişləndirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar