Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb

BMT-nin Baş katibi Antonio Quterreş 30 iyul Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

“Münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün, artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Müəyyən edilmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir”, - müraciətdə bildirilir.
Quterreş qurbanların aşkarlanması və müdafiəsinə daha çox sərmayə yatırmağın vacibliyini vurğulayıb:

“İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz həmçinin insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik. Ümumdünya insan alverinə qarşı mübarizə günündə gəlin insan alveri qurbanlarını aşkar etmək, qorumaq və dəstəkləmək üçün səylərimizi ikiqat artıraq və heç bir insan alveri qurbanını diqqətdən kənarda qoymayaq. Gəlin birlikdə heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq”, - Baş katib qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar