Avropa Mərkəzi Bankı (ECB) iclasında uçot dərəcəsini 25 bənd artıraraq, illik 4,25%-ə çatdırmaq qərarına gəlib...
Poliqon xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilib.
"İdarəçilər Şurası ECB-nin üç əsas faiz dərəcəsini 25 baza bəndi artırmağa qərar verib", deyə bildirilib.
ECB-nin qərarına əsasən, avqustun 2-dən əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, həmçinin marja krediti və depozit proqramı üzrə faiz dərəcələri 4,25%, 4,5% və 3,75%-ə yüksələcək. Tənzimləyicinin tarixi maksimumunu təkrarlayaraq, baza faiz dərəcəsini artırması gözlənilir.
ECB-nin məlumatında olunur ki, bununla əlaqədar olaraq, avro zonasında inflyasiya yavaşlamağa başlayıb, lakin hələ də uzun müddət kifayət qədər yüksək səviyyədə qalacaq. Bu göstəricini ortamüddətli səviyyəyə - ildə 2%-ə qaytarmaq planlaşdırılır.
Poliqon.info