Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli mütəxəssislər FHN-də tibb heyət üçün təlim keçib

İyulun 17-22-də Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Fəaliyyət Planının 2-ci Əlavəsinin 113-cü maddəsinə əsasən Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin Milli Tibbi Xilasetmə Dəstəsi (UMKE) və Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın davamı olaraq Fövqəladə Hallar Nazirliyinin bir qrup tibbi heyəti, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələri üçün UMKE mütəxəssisləri tərəfindən ölkəmizdə növbəti təlim keçirilib.

FHN-dən Poliqon-a verilən məlumata görə, “Four Seasons Hotel Baku” otelində baş tutan tədbirin açılış mərasimində UMKE Təlim üzrə idarə rəisi Mustafa Uras, FHN Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, FHN Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisininin nümayəndəsi Cəvahir Süleymanova və Cənubi Qafqaz üzrə nümayəndəsi Nuran Higgins çıxış edərək içtirakçılara uğurlar arzulayıb, təlimin prioritetləri və gələcək əməkdaşlıq barədə məlumat veriblər.

Açılış mərasimindən sonra təlimə start verilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Təlimin nəzəri hissəsində türkiyəli mütəxəssislər məşğələlər formasında bilik və bacarıqlarını azərbaycanlı həmkarları ilə bölüşüblər.

FHN-in Mülki müdafiə qoşunlarının Təlim poliqonunda keçirilən təlimin praktiki hissəsində tibb heyətinə dağıntı və sair fövqəladə hallar zamanı zərərçəkmişlərə ilkin tibbi müdaxilə və yaradılmış səhra xəstəxanalarında əməliyyat barədə praktiki biliklər verilib.

Təlimin bağlanış mərasimi Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda baş tutub. Mərasim zamanı iştirakçı tibbi heyət müvafiq sertifikatlarla mükafatlandırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilib - Yenilənib

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Ən çox oxunanalar