Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi”nin yeni baş məşqçisi: “Biz təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik”

“Neftçi” azarkeşləri Avropada coşqusu və kluba sadiqliyi ilə tanınır...

Ötən mövsüm Misli Premyer Liqasında bürünc mükafatın sahibi olan və Azərbaycan kubokunun finalına yüksələn “Neftçi”də Laurentsiu Regekampfın gedişindən sonra boş qalan baş məşqçi vəzifəsinin sahibi müəyyənləşib.

Məlumata görə, bu şəxs, 44 yaşlı rumıniyalı mütəxəssis Adrian Mutudur.

Paytaxt təmsilçisi Mutu ilə iki illik müqavilə imzalayıb. Futbolçu kimi uğurlu karyeraya sahib rumıniyalı mütəxəssis müxtəlif vaxtlarda “İnter”, “Parma”, “Yuventus”, “Fiorentina” və “Çelsi” kimi komandaların şərəfini qoruyub. 2000-2013-cü illər ərzində Rumıniyanın əsas milli komandasında çıxış edən keçmiş hücumçu 77 oyunda 35 qolla yadda qalıb. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.

Məşqçilik karyerasına 37 yaşında başlayan Mutunun sonuncu iş yeri Buxarestin “Rapid” klubu olub. O, müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatya Krayova”, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib. Məşqçi kimi özünü ötən mövsüm “Napoli”yə A Seriyası çempionluğunu qazandıran Luçano Spallettinin yetirməsi hesab edən Mutu oynatdığı oyun tərzi ilə də italiyalı mütəxəssisə bənzəyir. O, UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

“Neftçi”nin baş məşqçisi vəzifəsində “CBC Sport”a eksklüziv müsahibə verən A.Mutu ilk təəssüratlarını bölüşüb:

Bakı çox dəyişib. Əvvəlki gəlişimlə müqayisədə fərqli şəhər gördüm. İndi daha gözəldir. “Neftçi”ni seçməyimdə iki səbəb var. Əvvəla “Neftçi” mənə görə ölkənin ən böyük klubudur. İkincisi “Neftçi”nin qarşıdakı il üçün nəzərdə tutulan layihəsi məni cəlb etdi. Əsas hədəf “Neftçi”ni yenidən zirvəyə qaytarmaqdır. Biz təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik, həm də Azərbaycanı Avropada layiqli təmsil etməliyik. Bunun üçün yaxşı şərait var. Danışıqlar zamanı klubun məqsədləri və müasir futbolun tələblərinə cavab verən inkişaf planı məndə çox gözəl təəssürat yaratdı. Ən önəmlisi klubun planlarıdır. Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq. Asan olmayacaq, amma biz buna inanırıq”.
“Neftçi”nin akademiyası ilə bağlı planlarını açıqlayan 44 yaşlı mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb və beş köməkçisi olacağını qeyd edib:

“Mənim planım məşqçi olaraq nələr etmək lazımdırsa, onu təşkil etməkdir. Hər şeylə maraqlanacağam. Məlumatlandıqdan sonra futbolçu və məşqçi kimi topladığım təcrübəni burada istifadə edəcəyəm. Buraya işləmək üçün gəlmişəm. Beş köməkçim olacaq. Hamısı ilə bərabər milli komandada və ya İtaliyada futbol oynamışam. Hamısı çalışqan məşqçilərdir. Əvvəlcə komanda ilə tanış olmaq istəyirəm. Hansı səviyyədə olduğumuzu analiz edəcəyəm. Ondan sonra klubu daha yaxşı mövqeyə daşımaq üçün nələr lazımdırsa, onu öyrənəcəyəm. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyimə heç kimin şübhəsi olmasın”.

Azərbaycan Premyer Liqasındakı rəqabətdən çəkinmədiyini deyən Mutu azarkeşləri də unutmayıb:

“Neftçi” azarkeşləri Avropada coşqusu və kluba sadiqliyi ilə tanınır. Onların komandadan gözləntilərinin çox olduğunu bilirəm. Onlarla çox yaxşı münasibət quracağıma inanıram. Bunun üçün zamana ehtiyac var. Bu da bir həqiqətdir ki, hər şey bizim işimizdən, meydandakı oyunumuzdan və nəticələrimizdən asılıdır. “Neftçi”ni yenidən zirvəyə daşıyacağımıza inanıram. Burada yaxşı mübarizə mühitinin olduğunu bilirəm. Bu, məni narahat etmir. Əksinə, mübarizə olan yerdə inkişaf da olur. Qarşıdakı mövsüm daha yaxşı mövqedə olacağımıza inanıram”.

Qeyd edək ki, Adrian Mutunun ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bununla bağlı mətbuat konfransı təşkil olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Ən çox oxunanalar