Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun Vilnüs sammiti Ukraynaya nə verdi?..

Zelenski NATO sammitindən Kiyevə Ukraynanın təhlükəsizliyinə dair uzunmüddətli zəmanətlə geri döndü...

NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna əks-hücumun nəticəsindən asılı olmayaraq, Qərbin ölkəni silahla təmin etməyə və ordusunu öyrətməyə davam edəcəyinə dair təminat aldı. Həmçinin Ukraynanın təhlükəsizliyi G7 ölkələri ilə ikitərəfli sazişlər vasitəsilə təmin olunacaq. Eynilə, ABŞ İsrailin təhlükəsizliyini təmin etdiyi kimi. Bununla belə, skeptiklər Kiyevə verilən vədlərin NATO-nun 2008-ci il sammitində edilən səhvi təkrarlaya biləcəyindən ehtiyat edirlər.

Poliqon xəbər verir ki, digər ölkələrin də qoşulmağa dəvət olunduğu G7 bəyannaməsində deyilir ki, hər bir G7 ölkəsi Ukrayna ilə təhlükəsizlik sahəsində konkret ikitərəfli uzunmüddətli öhdəliklər və sazişlər üzərində işləyəcək. ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşı Amanda Sloat The Wall Street Journal-a bildirib ki, sənədin məqsədi ayrı-ayrı ölkələrin Ukraynanın təhlükəsizliyinə dair uzunmüddətli öhdəliklər götürməsidir. Vaşinqtonun ehtiyat etdiyi kimi NATO-nun zəmanətləri alyansla Moskva arasında toqquşmaya səbəb ola bilər.

Bəyannamədə prioritet istiqamətlər arasında hava hücumundan müdafiə, artilleriya və uzaqmənzilli atəş sistemləri, eləcə də zirehli texnika və döyüş aviasiyası sahəsində yardım, Ukraynanın hərbi sənaye bazasının inkişafı və onun hərbçilərinin hazırlanması daxildir. G7 kəşfiyyat məlumatları, kibertəhlükəsizlik sahəsində və hibrid təhdidlərlə mübarizədə dəstəyi bölüşməyi vəd edir.

G7 həmçinin Ukraynaya texniki və maliyyə dəstəyini davam etdirəcək. “Böyük Yeddilər” əmin edir ki, Rusiyanın Qərbdəki aktivləri Rusiya Ukraynaya vurduğu ziyanı ödəyənə qədər blokada qalacaq.

Prezident Co Bayden iyulun 7-də CNN telekanalına müsahibəsində deyib ki, ABŞ-ın Ukraynaya yardımı İsrail modelində göstərilə bilər. Birləşmiş Ştatlar bu ölkənin təhlükəsizliyinə on illik müqavilələrlə təminat verir, sonuncu müqaviləyə əsasən, Vaşinqton 2019-cu ildən 2028-ci ilə qədər İsrailə 38 milyard dollar həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Beynəlxalq Böhran Qrupunun analitiki Oleq İqnatov bildirib ki, NATO sammitində elan edilmiş razılaşmaları Ukraynaya İsrail dəstəyi modeli adlandırmaq hələ tezdir. İqnatov hesab edir ki, əməkdaşlığın İsrail modelinə bənzəməsi üçün Ukrayna və onun müttəfiqləri (təkcə ABŞ ilə deyil) arasında gələcək ikitərəfli müqavilələrdə konkret öhdəliklər, müddət, məbləğlər və bu məbləğlərin necə xərclənəcəyi təsvir edilməlidir.

“Bu baş verərsə, demək olar ki, sabit hərbi dəstək və hərbi əməkdaşlıq sistemi yaradılıb, hansı ki, siyasi risklərdən və siyasi ab-hava dəyişikliyindən daha az asılıdır”, deyə ekspert bildirib.

Hərbi-siyasi ekspert Pavel Luzin bildirib ki, 40 ildən çox əvvəl İsrailə verilən təhlükəsizlik zəmanətlərinin məqsədi böyük ərəb-İsrail müharibələrinin qarşısını almaq olub. Və bu gün Qərb fərqli bir problemi həll edir və bu problem Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsindən ibarətdir.

“Buna görə də Ukrayna üçün təhlükəsizlik modelinin nə olacağı barədə yalnız müharibə başa çatdıqdan sonra danışmaq mümkün olacaq”, deyə Luzin hesab edir.

“Vacibdir ki, G7-nin qəbul etdiyi bəyannamədə ehtiva edilir ki, Ukrayna hərbi yardımın davamlı olacaq və Kiyevə bu dəstək münaqişənin siyasi həllinə, o cümlədən builki əks-hücumun nəticələrindən asılı olmadığına dair siyasi təminat alıb və bu, əsas məsələdir”, deyə İqnatov sammitin nəticələrini şərh edərkən deyib.

Vilnüsdə böhran

Vilnüsdə keçirilən sammit problemsiz ötüşməyib. Prezident Volodmyr Zelensky çərşənbə axşamı NATO-nun Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək üçün vaxt çərçivəsi təyin etməməsini “görünməmiş və absurd” adlandırıb. Zelenski qeyd edib ki, Kiyevin sammitdən gözlədiyi də məhz bu idi.

Bloomberg mənbəsinə görə çərşənbə axşamı alyans liderlərinin şam yeməyində Zelenskiyə qarşı inciklik ifadə olunub və ondan aldığı hər şeyə baxmaq istənilib: Bu paketə isə mümkün üzvlüklə bağlı yeni öhdəliklər və yeni təhlükəsizlik zəmanətləri olub.

“Digər tərəfdən, Alyansın üzvləri Ukraynanın NATO yolunda irəliləyiş kimi görünən, lakin Alyansın Rusiya ilə müharibəyə cəlb olunmasına gətirib çıxarmayacaq yekun sənədlərin mətnini razılaşdırmalı olublar”, deyə Bloomberg yazır.

Çərşənbə günü ABŞ prezidenti Co Bayden Ukrayna prezidentini sakitləşdirməyə çalışıb. O, ümid etdiyini bildirib ki, bir gün onlar “Ukraynanın NATO-ya rəsmi üzvlüyünü qeyd edə biləcəklər”.

Sammitin ikinci günündə Zelenski ritorikasını dəyişib. Baydenlə görüşündə o, sammitdə liderlər arasında əsl birlik gördüyünü deyib və bunu sammit üçün uğur adlandırıb.

Sammitin ikinci günündən sakitləşdirici bəyanatlara baxmayaraq, Kiyev tərəfdarları deyirlər ki, Alyans 15 il əvvəlki səhvləri təkrarlaya bilər. Həmin vaxt NATO-nun Buxarestdə keçirilən sammitində Ukraynanın Alyansa üzvlük şərtlərini yerinə yetirdiyi zaman, hərbi təcavüzdən müdafiə təklif etmədən NATO-ya qəbul ediləcəyi ilə bağlı qeyri-müəyyən vədlər verilmişdi.

“Bu, NATO-nun Ukraynanın taleyinə biganə olduğu təəssüratını yaradır”, Almaniya Marşal Fondunun Vaşinqtondakı analitiki Kristin Berzina bildirib.

Mənbə “Aqentstvo” nəşri

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Ən çox oxunanalar