Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Priqojinin Afrikada fəaliyyətinə “yaşıl işıq” yandırıb...

Kreml Afrikadakı bəzi əməliyyatları Priqojinin öhdəsinə buraxmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məsələ ilə tanış olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik xəbər verir ki, Kreml Yevgeni Priqojinin “Vaqner” ÖHŞ-nin Afrikadakı geniş əməliyyatlarının bir qismini saxlamasına razılıq verib.

Agentliyin məlumatına görə, “Vaqner” ÖHŞ Mərkəzi Afrika Respublikasında da fəaliyyət göstərəcək. Bloomberg mənbələrindən biri qeyd edib ki, bununla Vladimir Putin razılaşıb.

Həmçinin məlumatda bildirilir ki, Rusiya Müdafiə Nazirliyi MAR-da “Vaqner”in mürəkkəb əməliyyatlarını dərhal öz üzərinə götürmək iqtidarında deyil və Moskvanın Sudan və digər ölkələrdə məqsədlərinə çatmaq üçün özəl podratçılara ehtiyac ola bilər.

İkinci mənbə isə Bloomberq-ə deyib ki, Putin çox güman Priqojini və “Vaqner qrupu”nu özünü maliyyələşdirmə sisteminə buraxacaq. Nəşr qeyd edir ki, Kreml rus muzdlularının fəaliyyət göstərməsi üçün Moskvadan daha çox asılı olduğu ölkələrə birbaşa nəzarəti ələ almağa çalışır.

Qeyd edilir ki, Moskvanın MAR-da iki əsas adamı “Vaqner” komandiri Vitali Perfilev və “Rusiya Evi”ni idarə edən Dmitri Sıtıdır. Keçmiş üsyançı lider və hazırda hökumət üzvü Həsən Buba Bloomberg-ə bildirib ki, onların hər ikisi Banguidə qalır və MAR ordusunun komandanı ilə gündəlik görüşlər keçirir.

Rusiya hakimiyyəti üçün ciddi sual “Vaqner”in Sudandakı əməliyyatlarının gələcəyi ola bilər. Bloomberg qeyd edir ki, Priqojin orada rəsmi ordu ilə döyüşən üsyançılara kömək edib, Moskva isə hərbi rəhbərliklə sıx əlaqələr saxlayır. Kreml muzdluların ölkəyə gizli yerləşdirilməsi sayəsində belə bir siyasət apara bilib. Qeyd edilir ki, Moskvanın Sudandakı əsas məqsədi Qırmızı dəniz sahilində Afrikada ilk hərbi dəniz bazasını yaratmaqdır.

Afrikadakı əməliyyatlarla tanış olan Rusiya dövlət şirkətinə məxsus mənbə isə Bloomberg-ə bildirib ki, Priqojinin Afrika liderləri üçün əsas sərvətlərindən biri onun Putinlə əlaqəsi olub, ona görə də “Vaqner” indi Afrika ölkələri üçün daha az faydalı ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar