Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Rusiyanın banan respublikasına çevrildiyini görə bilmir... - Elita Priqojinin Rusiyada qalmasını Kremlin zəifliyi olaraq görür...

Yevgeni Priqojinin Rusiyada qalmasına və Belarusa getməyə tələsməməsinə səssiz icazə verilməsi üsyandan sonra Kremlin zəifliyini göstərir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazır. Nəşr qeyd edir ki, Rusiya elitası və müşahidəçilər bu qənaətdədir.

Priqojinin Rusiyada azad hərəkətini davam etdirə bilməsini keçmiş yüksək vəzifəli məmur Kremlin “tam zəifliyi və iqtidarsızlığı” kimi qiymətləndirib.

“Putin bizim banansız banan respublikasına çevrildiyimizi hiss etmir”, deyə keçmiş məmur bildirib.

FT-nin həmsöhbəti deyib ki, Priqojinin üsyanı bir çox rus elitası arasında Putinə inamı sarsıdıb, lakin çox az adam prezidentə qarşı durmağa hazırdır.

Politoloq Abbas Qallamaov etiraf edib ki, hökumət Priqojinlə bağlı kəskin addımlar atmır, çünki Kreml üsyanla üzə çıxan mövcud siyasi sistemin zəif tərəflərini dərk edib. Qallamaov təklif edbi ki, indi “Vaqner”ə qarşı istənilən sərt addım qrupu qisas almağa təhrik edə və ya digər oyunçuları hərəkətə keçməyə sövq edə bilər. “Sistem indi o qədər zəifdir ki, hər şey ölümcül ola bilər”, deyə politoloq bildirib.

Politoloq Tatyana Stanovaya hesab edir ki, Kreml bir siyasətçi kimi Priqojini yox etmək qərarına gəlib. “Ancaq onlar hələ də bir iş adamı kimi onunla nə edəcəklərinə qərar verə bilmirlər”, deyə Stanovaya hesab edir.

FT-nin Priqojinlə 1990-cı illərdən tanış olan mənbəsi etiraf edib ki, bizneslə məşğul olmaq üçün Rusiyada hərəkət etmək imkanı razılaşmanın bir hissəsi idi və bu razılaşmadan sonra “Vaqner” ÖHŞ-nin yaradıcısı üsyanı dayandırdı.

“Bu o demək deyil ki, o, sadəcə qaçır. Bu, daha çox onun imperiyasının parçalanmasına bənzəyir və onlar Priqojinin getməsinə hazırlaşırlar... Vəziyyət sakitləşəndə, düşünürəm ki, o, problemlə üzləşəcək, amma gələcəyi bir həftəd əvvəldən kim görə bilir ki?” deyə nəşrin mənbəsi qeyd edib.

FT həmçinin bir gün əvvəl Putinin Priqojinə münasibətini yumşalda biləcəyini deyən Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə diqqət çəkir.

Sanksiyaya məruz qalan rusiyalı milyarder FT-yə deyib ki, Vladimir Putin Priqojin kimi insanlarla şəxsi münasibətlərə arxalanmağa davam edəcək və elitanı dəyişdirməyəcək.

“Putin üçün bu yazılmamış şəxsi razılaşmadır. Rus çarı üçün isə Putin müəyyən dərəcədə humanistdir. O, Qandi də deyil, lakin Stalinlə müqayisədə o, insanlarla kifayət qədər yaxşı rəftar edir”, deyə mənbə bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar