Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

İyulun 6-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb...

Bu barədə Poliqon-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qonağı salamlayan Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qardaş və dost türkdilli ölkələrin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev Vətən müharibəsi zamanı TDT tərəfindən ölkəmizin haqlı mövqeyi daim dəstəkləndiyinə görə təşəkkürünü ifadə edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonağı məlumatlandırıb.

2021-ci ilin noyabrın 1-də Azərbaycan və Türkiyə prokurorluqlarının təşəbbüsü ilə Bakıda TDƏŞ-ə üzv dövlətlərin Baş prokurorlarının ilk iclası və Baş prokurorlar Şurasının təsis edilməsinin əhəmiyyəti vurğulanaraq, ötən ilin avqust ayında ölkəmizin ev sahibliyi ilə Bakıda TDT üzv ölkələrin gənc prokurorları üçün hüquqi əməkdaşlıq mövzusunda beynəlxalq seminarın keçirilməsi qeyd olunub.

Baş katib Kubanıçbek Ömüralıyev yaradılmış platformanın TDT tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında, xüsusən də cinayətkarlığa qarşı mübarizədə təsis edilmiş Şuranın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran, o cümlədən Şuranın ikinci iclasının cari ilin noyabr ayında Ankara şəhərində keçirilməsi və sair məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar