Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ilə Misir diplomatik əlaqələri səfir səviyyəsinə çatdırır...

Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 10 ildən sonra tam bərpa olunub...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ankara ilə Qahirə arasında 10 ildən sonra diplomatik münasibətlərin tam bərpa olunduğunu, iki ölkənin qarşılıqlı əlaqələrinin səfirlər səviyyəsinə çatdırıldığını bildirib.

“Türkiyə Qahirədə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə səfir Salih Mutlu Şenin namizədliyini irəli sürüb”, deyə nazirliyin iyulun 4-də verdiyi məlumatda deyilir.

Misir Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin artırılması ilə bağlı məlumatı təsdiqləyib. Qahirə Əmr əl-Hamamini Ankaraya səfir təyin edir. Qeyd olunur ki, belə bir addım iki dövlət arasında diplomatik münasibətləri bərpa etməyə yönəlib və həmçinin Misir və türk xalqlarının rifahı naminə ikitərəfli əməkdaşlığı gücləndirmək üçün çalışmaqda onların ümumi əzmini əks etdirir.

Qeyd edək ki, Türkiyə ilə Misirin diplomatik əlaqələrin səviyyəsinin artırılması və səfir mübadiləsi barədə razılığa gəldiyi mayın sonunda bildirilmişdi.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsi ilə pisləşib. Türkiyə prezidenti daha sonra Misir hərbçilərinin devrilmiş prezidentin tərəfdarlarına qarşı hərəkətlərini pisləyib. Bundan sonra ölkələr məsləhətləşmələr üçün əvvəlcə öz səfirlərini geri çağırıb, daha sonra bir-birlərinin səfirlərini persona non-qrata elan ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar