Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış şair beynəlxalq mükafatla təltif edilib - Foto  

Tanınmış şair Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif edilib.

UNESCO Beynəlxalq Mərkəzinin assosiativ üzvü olan akademiya yubiley medalını maraqlı elmi araşdırmaları, publisistik yazıları, şeirləri ilə oxucuların rəğbətini qazanan şair, yazıçı və jurnalistlərə təqdim edir.

Qeyd edək ki, Namiq Hacıheydərlinin araşdırmaları, ədəbi, bədii, publisistik yazıları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, onun maarifçilik fəaliyyəti təqdir olunur. Namiq Hacıheydərlinin xüsusilə Türk dünyasının, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş yazıları qədim dövr mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. O, “Sözüm sənədi, Tanrım”, “Dağ Kolanı dastanı”, “Səni tapan itirməz”, “Ey Türk doğulan”, “Əski türk soylarından biri Kolanılar”, “Canlı əfsanə” olmaqla, ümumilikdə 10 kitab müəllifidir. Namiq Hacıheydərli Ankarada, Dərbənddə, Yaltada elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib. Şairin şeirləri Türkiyədə, Rusiyada, Qazaxıstanda, Quzey Kıbrısda dərc olunub.

Namiq Hacıheydərlini beynəlxalq mükafatla təltif edilməsi münasibəti ilə ürəkdən təbrik edirik, azərbaycanlı şairin fəaliyyətinə verdiyi yüksək dəyərə görə Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodroviç Tarçineçə, eləcə də akademiyanın beynəlxalq əlaqələndiricisi Natalya xanım Dimitskayaya minnətdarlığımızı bildiririk.

Böyükağa Mikayıllı

Poliqon.info 


Etiket: Mükafat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ən çox oxunanalar