Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron: "Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm”

“Rusiya Prezidenti Vladimir Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm”...

“Report”un xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron “Franceinfo” telekanalına müsahibəsində bildirib.

O, aparıcının V.Putinə zəng edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib: “Əlbəttə, telefonun dəstəyini qaldıracağam”.

Fransa tərəfdən belə bir təşəbbüsün göstərilib-göstərilməyəcəyi ilə bağlı suala cavab olaraq E.Makron deyib ki, rusiyalı həmkarına zəng etməyə səbəb yoxdur.

Fransa Prezidenti əlavə edib ki, Rusiya ilə danışıqların bərpası Ukraynada müharibə başa çatandan sonra mümkün olacaq.

Bununla belə o, vurğulayıb ki, rəsmi Kiyevin şərtləri daxilində danışıqların zamanı gələcək.

E.Makron onu da bildirib ki, Fransa Rusiya və Ukrayna arasında vasitəçilik etməyə də hazırdır: “O, (Vladimir Putini nəzərdə tutur-red.) zəng edib, mənə təklif etsə, onda cavab verəcəyəm ki, Fransa həmişə vasitəçi dövlət olub”.

Poliqon.info


Etiket: Makron Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar