Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq yardım paketi təklif edəcək

Yardımın iyunun 20-də Londonda keçiriləcək donor konfransından əvvəl elan ediləcəyi gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliy mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, bu pul qrant, güzəştli kredit və ya zəmanət şəklində ayrıla bilər. Vəsaitlər qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün islahatlar aparıldıqdan sonra ayrılacaq.

Paket hələ də dəyişdirilə bilər. Bloomberg-in məlumatına görə, AK silahlı münaqişə vəziyyətində olan bir ölkə üçün “ağır bərpa alətindən” qaçmaq istəyir.

Nəşr yazır ki, Avropa Komissiyasının planı Avropa İttifaqının 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılmasının bir hissəsidir. Paket 2024-2027-ci illəri əhatə edəcək. Digər paketlərdən fərqli olaraq, yeni yardım bazar borcları hesabına deyil, Aİ dövlətlərinin töhfələri hesabına maliyyələşdiriləcək.

Paket maaş və pensiyaların ödənilməsi üçün istifadə olunan yardımı infrastrukturun yenidən qurulması xərcləri ilə birləşdirmək məqsədi daşıyır.

Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqı Kiyevə 38 milyard avroya yaxın iqtisadi yardım ayırıb. Dünya Bankı hesab edir ki, Ukraynanın yenidən qurulması üçün 411 milyard dollara ehtiyac ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar