Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN sözçüsü: “Hər təmizlik aksiyası zamanı çox utandırıcı mənzərənin şahidi oluruq” 

Şabran rayonunda meşə zolağı tullantılardan təmizlənib...

“Report”un Şimal bürosunun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra orqanlarının rəsmilərinin, əməkdaşlarının və könüllülərin iştirakı ilə növbəti genişmiqyaslı təmizlik aksiyasi Şabran rayonunda keçirilib.

Aksiya çərçivəsində Şabran, Şamaxı, Tovuz, Göygöl, Hacıkənd, Bərdə və respublikanın digər rayonlarının meşə ərazilərində, eləcə də Sumqayıt, Lənkəran şəhərləri, NeftçalaXaçmaz rayonlarının Xəzər dənizi sahillərində keçirilən aksiyalar zamanı toplanan plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.

Aksiyaların keçirilməsində məqsəd sahilyanı ərazilərin təmizliyini təmin etmək, yay və istirahət mövsümü ilə əlaqədar meşə yanğınları təhdidinin artdığı dövrdə bu riski artıran şüşə, plastik və kağız tullantıları toplamaq, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ etmək və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Hər kəsi təmizlik aksiyalarına qatılaraq fəallıq göstərməyə, təbiət ərazilərini, dəniz sahillərini, çay hövzələrini çirkləndirməməyə çağıran nazirliyin mətbuat katibi İradə İbrahimova açıqlamasında bildirib ki, bu qəbildən olan təmizlik aksiyaları hər həftə keçirilir:

“Ölkənin bütün bölgələrini əhatə edən bu aksiyalarda məqsədimiz vətəndaşlarımızı atdıqları tullantıları toplamağa təşviq etməkdir. Təmizlik aksiyaları zamanı çay kənarlarından, dəniz sahilindən, təbiətdən nə qədər tullantı yığmaq olar? Hər aksiya zamanı çox utandırıcı mənzərənin şahidi oluruq”.
O, təbiət turizmi mövsümünün başladığını xatırladıb:

Azərbaycana müxtəlif ölkələrdən qonaqlar gəlirlər. Utandırıcı mənzərələrlə qarşılaşmamaq üçün tullantılara nəzarət etməli, onları hara gəldi atmamalı və təbiəti çirkləndirməməliyik. Hər kəs tullantılarını toplasa, zibili hara gəldi atmasa, bu utandırıcı mənzərə bir daha təkrarlanmaz. Bir sözlə, hər kəs özlüyündə, həm də düşüncə və davranışında olan “zibili hara gəldi atmaq” vərdişlərindən əl çəkməsə, təbiətdə ideal təmizliyə çatmaq mümkün olmayacaq”.

İ.İbrahimova belə aksiyaların davam edəcəyini vurğulayıb:

“Növbəti şənbə yenə də meşə, çay və göl kənarlarında, dəniz sahillərində xoşagəlməz mənzərə yaradan zibillərin toplanılmasına başlayacağıq, yəni növbəti təmizlik aksiyasına toplaşacağıq. Ümid edirəm ki, bundan sonrakı təmizlik aksiyalarına ehtiyac qalmayacaq. Təbii ki, əgər hər kəs öz məsuliyyətini dərk edərsə...”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar