Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə sədri: "Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər"

Avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə şərnişin daşımaları fəaliyyəti tənzimlənmir...

Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişirinlərin isə şikayəti çoxalmaqdadır.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

"Bakıda istifadə olunan taksi gedişlərini 60 %-i 1,5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmada azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda da 28 min taksi var. Yəni, İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür", - deyə o qeyd edib.

"Avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə şərnişin daşımaları fəaliyyəti tənzimlənmir. Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkan mümkün deyil. İcazə blanklarınından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil", - deyə deputat əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar