Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryan sülh sazişinin ilin axırına qədər bağlanacağını deyir... - Ehtimal varmı?..

Ermənistan Təhlükəsizlik Şurasının katibi sülh sazişin ilin sonuna kimi imzalana biləcəyini deyib...

Politoloq: “Qriqoryanun açıqlamaları praqmatikdir. Amma, reallaşdırmaq özlərindən aslıdır”.

“Bu ayın 12 də gözlənilən Vaşinqton görüşü məhz Moskva tərəfindən pozuldu. Əsassız iddialar ortaya atıldı”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistan Təhlükəsizlik Şurasının katibinin sülh haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkənin İctimai Televiziyasına müsahibəsində bəzi diqqətçəkən fikirlər səsləndirib. O, AzərbaycanErmənistan arasında sülh danışıqlarının davam etdirildiyini deyərək, sazişin ilin sonuna kimi imzalana biləcəyini diqqətə çatdırıb.

Armen Qriqoryanın səsləndirdiyi fikirlərin həyata keçməsi ehtimalını necə dəyərləndirmək olar? Ümumiyyətlə, xarici faktorun xüsusi rol oynadığı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yaxın aylarda, ya da illərdə ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Ukrayna Rusiyaya qalib gələrsə, sülh bu il mümkün ola bilər. Hazırda isə, sülh müqaviləsinin mətni belə hazır deyil”.

Ermənistanın Naxçıvanı artilleriya ilə atəşə tutmasının da məhz Rusiyanın planı olduğunu vurğulayan politoloq bildirib ki, Qərbin sülh planı işə düşdükdə, Rusiyanın Ermənistanda silahları işə düşür:

Ermənistanla Azərbaycan arasında Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar prosesində aktivlik və inkişaf nəzərə çarpacaq dərəcədə var. Amma, Moskva prosesi dayandırmağa cəhd edir. Məhz may ayından ABŞ da aparılan danışıqların nəticəsi idi ki, Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkibi kimi tanıdığını elan etdi. Amma, Moskvada keçirilən görüşdən sonra yenidən danışıqlar dalana dirəndi.

Bu ayın 12 də gözlənilən Vaşinqton görüşü məhz Moskva tərəfindən pozuldu. Əsassız iddialar ortaya atıldı. Nikol Paşinyanda bundan istifadə edərək şərtlər irəli sürdü. Düşünürəm ki, sülh müqaviləsinin bağlanması üçün Nikol Paşinyan kifayət qədər siyasi iradə ortaya qoysa, ilin axırına kimi sülh müqaviləsi bağlana bilər. Regionda geosiyasi rəqabət həlledici mərhələyə keçib. Bu xüsusda Rusiya çalışır ki, sülh müqaviləsi imzalanmasın.

Məhəmməd Əsədullazadə: “Sülh müqaviləsinin bağlanması üçün Nikol Paşinyan kifayət qədər siyasi iradə ortaya qoysa, ilin axırına kimi sülh müqaviləsi bağlana bilər”.

Qriqoryanun açıqlamaları praqmatikdir. Amma, reallaşdırmaq özlərindən aslıdır. Ermənistan müstəqil ölkə olmadığı üçün sülh müqaviləsinin bağlanması yubanır. Ona görə də çətinliklər yaşanir. Ermənistanın Naxçıvanı artilleriya ilə atəşə tutması da məhz Rusiyanın planıdır. Qərbin sülh planı işə düşdükdə, Rusiyanın Ermənistanda silahları işə düşür. Çox çətin və mürəkkəb bir prosesdir.

Proqnoz vermək ona görə çətindir ki, Yerevan müstəqil siyasətə malik deyil. Ukrayna Rusiyaya qalib gələrsə, sülh bu il mümkün ola bilər. Hazırda isə, sülh müqaviləsinin mətni hazır deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar