Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstanın müdafiə naziri "N" saylı hərbi hissəsində olub

Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib...

Bu barədə Poliqona Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn olunduğu məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini yad edib.

Macarıstanlı qonaqlar rayon icra hakimiyyətlərinin nümayəndələrinə məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonra "N" hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışları izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar