Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun böyük yalanı və Kaxovka SES...

Şoyqunun Ukrayna Silahlı Qüvvələri üzərində "sarsıdıcı qələbə" haqqında bəyanatı televiziyaya diqqəti Kaxovka SES-in bəndinin partladılmasından yayındırmağa imkan verib...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, Kreml təbliğatı Kaxovka SES-in bəndinin dağılmasının əhəmiyyətini azaltmağa başlayıb. Əgər bir gün əvvəl səhər federal kanallarda xəbər buraxılışları bu xəbərlə başlamışdısa, axşama yaxın ən böyük texnogen fəlakətlərdən biri əsas mövzu olmaqdan çıxdı. “Birinci Kanal” və “Rossiya 1”in son buraxılışlarında Xerson bölgəsində baş verənlər üçüncü dərəcəli xəbərə çevrildi, NTV-də isə Kaxovka haqqında reportaj ikinci olub.

“Birinci Kanal” və “Rossiya 1” telekanallarında son xəbər buraxılışları müdafiə naziri Sergey Şoyqunun Ukraynanın hücumunu dəf etmək barədə bəyanatı ilə başladı. Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks hücumu gedişində Rusiya qüvvələri düşmənə sarsıdıcı qələbə çalıb. Şoyqunun sözlərinə görə əks-hücumun başladığı 3 gün ərzində Ukrayna ordusu “3715-ə qədər hərbçi, 52 tank, 207 zirehli döyüş maşını, 134 avtomobil” itirib. Lakin Şoyqunun bu iddaları rus hərbi jurnalistlər tərəfindən belə ciddi qarşılanmayıb.

Rusiya Müdafiə Nazirliyinin Almaniyanın “Leopard” tanklarının məhv edilməsi ilə bağlı görüntülər təqdim edilib. Hətta Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə seçilən hərbi jurnalistlər belə bu görüntüləri gülünc adlandırıblar.

Müdafiə Nazirliyinin yayımladığı videolarda çox güman ki, hərbi texnika yox, taxılyığan kombaynlar və traktorlar var idi”, deyə Rusiyanın populyar hərbi telegram kanalları “Voennıy osveromitel” və “Rıbar” kanalları yazıb. Açıq məlumatlara əsasən cəbhələrdə baş verənləri təhlil edən OSINT analitikləri də Ukrayna ordusunun belə əhəmiyyətli itkilərinin olmadığını bildirib.

Qeyd edək ki, Kaxovka Su Elektrik Stansiyasının bəndində partlayış çərşənbə axşamı gecə baş verib. On minlərlə insan su anbarının partladılması nəticəsində yaranan daşqın zonasında qalıb. Ukraynanın nəzarətində olan Dnepr çayının sağ sahilində 1,8 mindən çox evi su basıb, yerli hakimiyyət orqanları bildiriblər. Moskvanın təyin etdiyi səlahiyyətlilər, Rusiyanın nəzarət etdiyi sol sahildə 22-40 min adamın fəlakət zonasında olduğunu, ən azı 7 nəfərin itkin düşdüyünü bildirib. Sol sahildə 1,4 mindən çox, sağ sahildə isə 1,3 minə yaxın insan təxliyə edilib.

Çərşənbə günü səhər saatlarında Novaya Kaxovkada suyun səviyyəsi azalmağa başlayıb, Rusiyanın Novokaxovka rayon administrasiyasının rəhbəri Vladimir Leontyev bildirib. Onun sözlərinə görə, suyun səviyyəsi 35 santimetr aşağı düşüb. Ukraynanın Xerson vilayətinin administrasiyasının rəhbəri Aleksandr Prokudin isə öz növbəsində bildirib ki, növbəti gün suyun səviyyəsi daha bir metr qalxa bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar