Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - Video

Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb...

Müəllimlərin “WhatsApp” qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.

Bakupost.az-a daxil olan səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq “haqq” almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.

A.Kərimova müəllimlərə xitabən “direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın”, - deyir.

Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.

Məsələni aydınlaşdırmaq üçün məktəb direktoru Tərlan Məmmədovla əlaqə saxladıq.

Direktor yayılan məlumatları təkzib edib:

“Bizdə neçə illərdir belə haqq-hesab yoxdur. Hamısı boş söhbətdir. Ad günü keçirilməyib. 10-15 nəfər sadəcə təbrik edib. Biri mənə bir gül veribsə, bu nə vaxtdan ayıb olub? Heç bir pul yığma halı baş verməyib. İnsan müdirini təbrik edər də... Şükür, dövlət mənə 999 manat maaş verir. Bununla mən ailəmi də dolandırıram, şəhid ailələri və qazilərə də müəyyən qədər çatdıra bilirəm. Belə yaramaz adamlar işi bulandırmaqdan başqa heç bir işə yaramırlar. 10 ildir ki, məktəb binamız təmir olunmalıdır. Lakin heç bir festivaldan, tədbirdən geri qalmamışıq. İndi də səhər 8-dən ayaq üstəyəm. Tədbirə hazırlaşırıq. Həvəsli idim. Bu xəbərlə qanım qaraldı”.

T.Məmmədov, məktəbdə ümumi qanunsuzluqların olması barədə də danışıb:

"İcazə alanlar dərsdə olmaya bilər. Bizdə 95 faiz işçi qadındır. Onların müəyyən ailəvi problemləri olur ki, onları da biz əvəz edirik. İştirak etmirsə, əvəz olunmalıdır”.

A.Kərimova isə yayılan səs yazısının ona aid olmadığını və məlumatların yalan olduğunu bildirib:

“Hamısı yalandır. Ağızlarına gələni danışırlar. Həmin şəxs mən deyiləm. Direktora ad gününü öz aramızda, şöbə müdirləri ilə birlikdə keçirmişik. Tort almışıq. İldə bir dəfə olan bir şeydir. Burada nə var ki? Amma pul yığılmayıb”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay