Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində Müstəqillik Gününə həsr olunmuş voleybol idman növü üzrə seleksiya xarakterli yarış keçirilib - Foto

27.05.2023-cü il tarixində Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının  təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə seleksiya xarakterli yarış keçirilib.

Yarışın təşkilində əsas məqsəd perspektivli yeniyetmə və gənc voleybolçuların  müəyyənləşdiril məsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AVF-nin vitse-prezident i, Dövlət Gömrük Komitəsi sədrinin müavini Bəhruz Quliyev, federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhərinin mərkəzi meydanında ucalan Ulu öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildikd ən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə tədbir iştirakçılarını  28 May Müstəqillik Günü münasibətilə təbrik edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıb.

Sonra çıxış edən Bəhruz Quliyev yarışın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, paytaxtla yanaşı, regionlarda da voleybolun inkişafı üçün görüləcək tədbirlərdən danışıb. Bu idman növünün ölkədə daha da populyarlaşdırı lması və kütləviləşdiril məsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəyini vurğulayaraq finalda mübarizə aparacaq komandalara uğurlar arzulayıb.

Daha sonra çıxış edənlər voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışaraq, regionlarda da bu cür yarışların təşkilinin sevindirici hal olduğunu bildiriblər. Qonaqlar yeniyetmə və gənc voleybolçulara yarışlarda uğurlar arzulayıblar.

Sonra komandalararası  qarşılaşmalara start verilib.
Sonda qaliblərə kubok və medallar təqdim olunub.

Fotolar

Poliqon.info 


Etiket: Yarış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar