Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusunun Baş Komandanı yaralanıbmı? – Narışkin bundan əmin deyil...

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin: Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Zalujnının yaralanması ilə bağlı məlumat var, lakin onun etibarlılığına dair heç bir təsdiq yoxdur...

Poliqon xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının yaralanması ilə bağlı məlumat aldığını bildirib. Lakin Narışkin onu da qeyd edib ki, Rusiya Xarici Kəşfiyyat Xidməti bu məlumatların doğruluğuna təminat vermir.

Qeyd edək ki, RİA Novosti Agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Zalujnı Rusiyanın Xersona endirdiyi zərbə zamanı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları alıb.

“Əlbəttə, biz Zalujnının yaralanmasıi ilə bağlı] məlumat almışıq. Amma bu məlumatın 100% doğru olduğuna zəmanət verə bilmərəm. Buna görə də, çətin ki, sizin hazırda bildiklərinizdən kənar bir şey barədə məlumat verə bilməyəcəm”, deyə Narışkin bildirib. Onun sözlərinə görə, Valeri Zalujnının mümkün yaralanması çox da diqqət yetirilməli bir mövzu deyil.

RİA Novosti-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Rusiya hərbçilərinin Xerson vilayətinin Posad-Pokrovskoye kəndi yaxınlığındakı komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində yaralanıb. Agentliyin mənbəsi iddia edib ki, əvvəlcə Zalujnı Nikolayevə aparılıb və orada ona qanaxmanın dayandırılması üçün ilkin tibbi yardım göstərilib.

Ukrayna tərəfi Valeri Zalujnının yaralanması ilə bağlı hər hansı məlumatı təkzib edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilovun sözlərinə görə, bu gün, mayın 25-də Valeri Zalujnı Baş Komandanlığın qərargahının iclasında şəxsən məruzə ilə çıxış edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Baş prokurordan beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı tapşırıq

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Ən çox oxunanalar