Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisindən 2 şəxsə aid qalıqlar tapılıb

Əlimizdə təxminən 300-400 şəxsə aid qalıqlar var...

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapılıb”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, sonuncu dəfə 2-3 gün bundan öncə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə meyit qalıqları təqdim edilib:

"Mina axtaranlar, prokurorluq işçiləri, təmir-tikinti işləri ilə məşğul olanlar qalıqlar tapanda, bizim əməkdaşlarımız onları qablaşdırıb gətirirlər. Bu qalıqların itkin düşmüşlərə, yoxsa sonrakı dövrdə həlak olmuş şəxslərə aid olduğu bilinmir. Bəzən qabırğa sümükləri gəlir, lakin ondan DNT nümunəsi götürmək olmur. Çünki çürümüş olur. Amma əlimizdə təxminən 300-400 şəxsə aid qalıqlar var. Hələlik konkret neçə şəxsə aid olduğunu demək mümkün deyil".

Ə.Həsənov əlavə edib ki, naməlum şəhid məzarlarından da qalıqlar çıxarılıb:

"Ümumi şəxslərin siyahısına onlar da daxildir. Bu yaxınlarda yenidən axtarış işləri üçün əməkdaşlarımız Füzuli rayonunda idilər. Mayın 16-na qədər qazıntılar aparıldı. Aşağı Seyidəhmədli kəndi ərazisindən təxminən iki şəxsə aid olduğu ehtimal edilən qalıqlar tapıldı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Sodanın pomidor üçün faydaları – Maraqlıdır

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Ən çox oxunanalar