Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Tbilisini sanksiyalarla hədələyib...

ABŞ Rusiyaya birbaşa uçuşlar olacağı təqdirdə Gürcüstanı sanksiyalarla hədələyir...

Çərşənbə günü Birləşmiş Ştatlar Rusiya ilə birbaşa uçuşların bərpa olunacağı təqdirdə Gürcüstana mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Poliqon xəbər verir bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanda nəşr olunan Accent nəşrinə şərhində deyilir.

Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasını qadağan edib.

Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”, deyə Dövlət Departamentindən bildiriblər.

ABŞ Dövlət Departamenti vurğulayıb ki, Moskvanın Ukraynada başlatdığı genişmiqyaslı müharibəni nəzərə alaraq, “indi Rusiya ilə münasibətləri dərinləşdirməyin vaxtı deyil”.

“Putinin Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisinin 20%-dən öz qoşunlarını çıxarması gürcü xalqı üçün daha yaxşı olardı, nəinki birbaşa uçuşların bərpası və ya viza rejiminin ləğvi”, deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar