Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov və Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - Foto

Mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-dən Poliqon.info-ya verilən məlumata görə, Müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir qardaş ölkə ilə digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yenidən ölkəmizə səfər etməsindən razılıq ifadə edən professor E.Afyoncu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb. Görüşdə Türkiyə Milli Müdafiə Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycan Ordusunda peşəkar kadr heyətinin formalaşmasına müsbət təsir etdiyi qeyd edilib və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar