Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər gün 1 portağal yeməyin faydaları

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nədir?

Poliqon.info axşam.az-a istinadən portağalın faydalarını sadalayır:

1. Soyuqdəymənin dərmanıdır - tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salır - tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə, gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayır - portağalın tərkibində su, kalsium, bir qədər kalori var. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki kalorisi azdır.

4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırır - tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir.

5. Ürəyinizə faydalıdır - portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.

6. Dəriyə qulluq edir - tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.

Poliqon.info 


Etiket: Portağal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar