Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Avropada bitən hökmranlığı - Rusiya artıq Qərb mərkəzli güc deyil...

Tarixən Rusiya əsrlər boyu Avropada hökmranlıq edirdi, lakin Ukraynaya qarşı müharibənin başlaması Rusiyanın Avropa səhnəsindən geri çəkilməsinə səbəb oldu...

Poliqon xəbər verir ki, bu barədə Wilson Center Analitik Mərkəzinin hesabatında deyilir.

Wilson Center analitiklərinin fikrincə, Rusiya NATO-dan öz sərhədlərini “Soyuq Müharibə” zamanındakı səviyyəyə qaytarmağı və Ukraynanın NATOA-ya heç vaxt üzv olmamasını tələb edib. Bu tələblərin hər ikisi rədd edilib və bu Rusiyanın Qərblə hər hansı substantiv dialoqa girmək istəmədiyinə aydın işarə olub.

Rusiyanın təcavüzü nəticəsində Moskva Avropa Şurası, İƏİT və Milli İnsan Hüquqları Təşkilatlarının Avropa Şəbəkəsi də daxil olmaqla bir sıra Avropa qurumlarından kənarlaşdırılıb və ya Moskva özü bu təşkilatları tərk edib. Rusiyanın İƏİT-ə üzv olmaq istəyi dayandırılıb və Avropaya qaz ixracı 1970-ci illərdə Brejnev dövründəki səviyyədən aşağı düşüb.

Wilson Center analitikləri qeyd edirlər ki, Avropa Rusiyanı Ukraynada törədilən təcavüz aktlarına və hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək hərəkatına rəhbərlik edir və Rusiyaya qarşı beynəlxalq tribunal yaratmaq təşəbbüsü ilə çıxış edir.

Qeyd edilir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququnun olması səbəbindən Rusiya bu təşkilatdan kənarlaşdırıla bilmir və eyni zamanda BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı qəararlar qəbul etmək mümkün deyil. Putinin hazırkı strategiyası hər şeyi əhatə edən bir məqsədə, yəni Ukraynanın Aİ və ya NATO-ya tamhüquqlu üzv olmamasını əngəlləməkdən ibarətdir. Putin idxalın əvəzlənməsini və Avrasiya inteqrasiyasını gücləndirməklə Rusiyanı fəal şəkildə Qərbdən təcrid olunmuş vəziyyətdə saxlamağa çalışır. Ən gəlirli bazarını itirməsinə baxmayaraq, Putin Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsini Rusiya sənayesi üçün yeni imkanlar olaraq dəyərləndirir.

Təhlilçilər qeyd edirlər ki, Putinin Rusiyanın təcridini gücləndirməsi üçün atdığı addımlar müasir Avropanın müdafiə etdiyi və əldə etdiyi hər şeyə, iqtisadi inteqrasiya, xalqların sərbəst hərəkəti və ərazi bütövlüyü kimi dəyərlərə birbaşa təhlükə yaradır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar