Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya səfiri Qubaya səfər edib

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Səfir Dağ yəhudilərinin kompakt məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, sinaqoqlar və Quba şəhərini Qırmızı Qəsəbə ilə birləşdirən tarixi “Tağlı körpü” ilə tanış olub.

Səfir qeyd edib ki, bu, onun Qubaya ilk rəsmi səfəridir. “Bu gün Qubanın icra başçısı Ziyəddin Əliyevlə ikitərəfli əlaqələr, o cümlədən Quba ilə əməkdaşlığa dair fikir mübadiləsi apardıq. İkitərəfli əlaqələr yalnız iki ölkə arasında deyil, eyni zamanda bələdiyyələr və şəhərlər arasında həyata keçirilir. Bu səbəbdən bu səfər zamanı məni Almaniyanın Leypsiq Şəhər Məclisinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri xanım Qabriele Qoldfus da müşayiət edib. Biz gələcək əməkdaşlıq haqqında da görüşlər keçiririk. Quba ilə Leypsiq arasında tərəfdaşlıq əlaqələri yarana bilər”, - deyə diplomat əlavə edib.

Poliqon.info 


Etiket: Səfir səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Ən çox oxunanalar