Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birnəfəsə oxunan 9 kitab


Oxucunu daim təzyiq altında saxlamağı və ona təsir etməyi hər kitab bacarmır. Amma elə kitablar var ki, ilk səhifəsini nə vaxt açdığını, sonuncu səhifəyə necə gəlib çatdığını hiss etmirsən


Kult.az  “adme.ru” portalının seçdiyi birnəfəsə oxunan kitablar siyahısını təqdim edir:

1. Diana Setterfild – “On üçüncü nağıl”

Kitab köhnə müəmmalı bir evdə baş verən sehirli hadisələrdən bəhs edir. Əsərdə təsvir olunan ruhlar, kabuslar, ailə sirləri oxucunu sonuncu səhifəyə qədər intizarda saxlayır. Bu romanda süjet, mühit, qəhrəmanlar, yazı stili o qədər mükəmməldir ki, oxucu bir dəqiqə belə kitabı əlindən yerə qoymaq istəmir.

2. İan Makyuen – “Amsterdam”

Çağdaş ingilis yazarı İan Makyuen "Amsterdam" romanı ilə 1998-ci ildə "Man Booker" mükafatını qazanıb. Bu romana daxil edilən janrlar özlərinəxas konstruktiv elastikliyi, sərbəstliyi, dil və stilistik özəllikləri özündə birləşdirir. Makyuenin əsərində yararlandığı fərqli roman texnikası da insan ruhunda və psixikasında baş verən dəyişimlərin təsvirindəki mümkün yanaşmaları ortaya qoyur. Əgər bu kitabı oxumaq fikrinə düşsəniz, bir gecə yuxusuz qalacağınız şübhəsizdir.

3. Duqlas Adams – “Avtostopla qalaktika boyu”

Adamsın bu kitabı hələ ilk səhifələrində oxucunu heyrətləndirmək  və intizarda saxlamaq iqtidarındadır. Yəqin ki, qalaktikanı avtostopla dolaşmaq ən az bu qədər maraqlı və həyəcanlıdır. Qısacası, əgər bu romanı hələ oxumamısınızsa, mütləq oxumalısınız.

4. Con Faulz – “Kolleksioner”

Bir dəfə cavan oğlan lotereyadan böyük məbləğdə pul qazanır. O, bu pulla nə edəcəyini bilmir. Amma gəncin kəpənək kolleksiyalarına olan xüsusi maraq və ehtirası onun bütün həyatını istiqamətləndirir. Kitabda gəncin törətdiyi cinayətlər, onun qurbanları, qorxu hissi, xeyirlə şərin mübarizəsi xüsusi bir harmoniya yaradıb. Bu romanda siz gözəllik, məhəbbət və ölüm tarixçələri ilə tanış ola bilərsiniz.
 
5. Viktor Pelevin – “Omon Ra”

“Omon Ra” 1991-ci ildə qələmə alınıb. Triller janrında olan bu roman Sovet rejiminin öldürdüyü insanlardan, tökdüyü qanlardan bəhs edir. Romanda baş verən bütün hadisələr bir-birinə zəncirvari bağlıdır və oxucunu kitabın sonundakı möhtəşəm finala hazırlayır.

6. Ceyn Osten – “Məhəbbət və qürur”

“Məhəbbət və qürur” Ceyn Ostenin ikinci kitabıdır. Roman ilk dəfə 1813-cü ildə çap olunub. Kitabı oxuyarkən romanın baş qəhrəmanlarından biri olan Elizabet Bennetə yazıçının açıq-aşkar rəğbəti hiss olunur. Bu qəhrəmanla yazıçı, bir növ, öz şəxsiyyətini və həyatını romana köçürüb. Darsiylə Elizabet arasında yaranan məhəbbət, onlara olunan təzyiqlər, ardı-arası kəsilməyən problemlər romandan bir dəqiqə belə gözünüzü çəkməyə imkan verməyəcək.

7. Deniel Kiz – “Milliqan Billinin şəxsiyyətinin ikiləşməsi”

Billi yuxudan oyanır və həbsxana kamerasında olduğunu görür. Ona bildirirlər ki, soyğunçuluq və təcavüz əməllərinə görə həbs olunub. Billi təəccüblənir: o, bunların heç birini etməyib!

Sonuncu xatırladığı şey isə intihara hazırlaşmağı olur. Ona başa salırlar ki, intihara cəhdindən düz yeddi il keçib.

8. Qabriel Qarsia Markes – “Hüznlü fahişələrim”

Yəqin ki, bu kitab çoxlarınıza tanışdır. Roman oxucunu həqiqətlərdən uzaqlaşıb, onu hiss etməyə məcbur edir. Kitabda məhəbbət, ehtiras, kədər – ağlınıza gələ biləcək hər bir duyğunun təsvirinə yer verilib. Yaşlı cənabın həyatından, onun ehtiraslı sevgisindən bəhs edən bu roman oxucuya həyata daha real baxmağa köməklik göstərir.

9. Stiven Kinq – “Şouşenkdən qaçış”

Bu roman uzun illərdir öz aktuallığını qoruyub saxlayır. Kitabın süjeti üzərinə qurulan eyniadlı film dünya kinematoqrafiyasında özünəməxsus yerinə görə fərqlənir. Kitabda günahsız olmasına baxmayaraq, həbs olunan gəncin öz azadlığına yenidən qovuşmaq uğrunda apardığı mübarizədən söhbət gedir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar